icon
Müştəri Yönümlülük
Biz fəaliyyətimizi müştərilərimizin ehtiyaclarını öncədən görmək və onlara uyğunlaşmaq imkanı yaradan, əlçatan, çevik və müştəri mərkəzli innovativ həllər üzərində qururuq.
icon
Yenilikçilik
Biz inanırıq ki, yenilikçilik — müştərilərimizə, səhmdarlarımıza və şirkətimizə davamlı uğur qazandıran əsas amildir. Bu səbəbdən fəaliyyətimizi davamlı inkişaf, yaradıcı və çevik həllərin tətbiqi, həmçinin ölçülə bilən, konkret nəticələrə nail olmaq prinsipləri üzərində qururuq.
icon
Dürüstlük
Biz əməkdaşlığı ön planda tutaraq müxtəlifliyi yüksək qiymətləndiririk. Peşəkar və şəxsi inkişafı dəstəkləyən inklüziv, sadiq, komanda ruhunu, liderliyi və yaradıcı təşəbbüskarlığı təşviq edən mühit yaradırıq.

Nizamnamə kapitalı 6 milyon 250 min manat olan Inno Kapital İnvestisiya Şirkəti 2012-ci ildən bəri fəaliyyət göstərir. Şirkət Azərbaycanın qiymətli kağızlar bazarında aparılan əməliyyatların həcminə görə ilk sıralarda yer alır və halhazırda Bakı Fond Birjasının uzunmüddətli üzvlərindən biridir. 2015-ci il iyulun 27-də İnno Kapital investisiya xidmətlərinin göstərilməsi sahəsində fəaliyyət göstərmək üçün müddətsiz lisenziya alaraq maliyyə sektorunda rəsmi şəkildə fəaliyyətə başlayıb. İnno Kapital həm yerli, həm də beynəlxalq bazarlarda qiymətli kağızlara investisiya qoyuluşu, kapital bazarlarına yeni qiymətli kağızların buraxılması və törəmə maliyyə alətləri ilə ticarət üzrə geniş xidmət spektri təqdim edir. Şirkət həm hüquqi, həm də fiziki şəxslərdən ibarət geniş və etibarlı müştəri portfelinə sahibdir. İnno Kapitalın əsas məqsədi kapital bazarlarında dayanıqlı inkişafı təşviq etmək, müştərilərinə risklərin idarə olunması və gəlirliliyin artırılması üçün fərdi yanaşma təqdim etməkdir.

icon
Missiya
Hər kəs üçün innovativ və asanlıqla əlçatan investisiya həlləri təqdim etmək.
icon
Vizyon
İnnovativ maliyyə alətləri təqdim edərək, kapital bazarlarının inkişafına töhfə verən etibarlı və dayanıqlı investisiya şirkəti kimi fəaliyyət göstərmək.