Nizamnamə kapitalı 6 milyon 250 min manat olan Inno Kapital İnvestisiya Şirkəti 2012-ci ildən bəri fəaliyyət göstərir. Şirkət Azərbaycanın qiymətli kağızlar bazarında aparılan əməliyyatların həcminə görə ilk sıralarda yer alır və halhazırda Bakı Fond Birjasının uzunmüddətli üzvlərindən biridir. 2015-ci il iyulun 27-də İnno Kapital investisiya xidmətlərinin göstərilməsi sahəsində fəaliyyət göstərmək üçün müddətsiz lisenziya alaraq maliyyə sektorunda rəsmi şəkildə fəaliyyətə başlayıb. İnno Kapital həm yerli, həm də beynəlxalq bazarlarda qiymətli kağızlara investisiya qoyuluşu, kapital bazarlarına yeni qiymətli kağızların buraxılması və törəmə maliyyə alətləri ilə ticarət üzrə geniş xidmət spektri təqdim edir. Şirkət həm hüquqi, həm də fiziki şəxslərdən ibarət geniş və etibarlı müştəri portfelinə sahibdir. İnno Kapitalın əsas məqsədi kapital bazarlarında dayanıqlı inkişafı təşviq etmək, müştərilərinə risklərin idarə olunması və gəlirliliyin artırılması üçün fərdi yanaşma təqdim etməkdir.