Korporativ müştərilərimizə bizneslərini böyütmək və inkişaf etdirmək üçün anderraytinq xidmətləri təqdim edərək, əlavə maliyyə resursları əldə etmələrinə şərait yaradırıq. Şirkətinizin səhm və istiqrazlarını birjaya çıxarmaq üçün İnno Kapitalın anderraytinq xidmətindən yararlanın. Anderraytinq üzrə əməkdaşlıq prosesi qlobal bazar imkanlarına və şirkətinizin strateji məqsədlərinə uyğun şəkildə formalaşdırılır. Bu xidmət, qiymətli kağızlarınızın bazarda tam yerləşdirilməsini təmin edir. Sürətlə dəyişən kapital bazarında biz müştərilərimizə yalnız anderraytinq deyil, həm də geniş çeşidli maliyyə xidmətləri təqdim edərək etibarlı tərəfdaş rolunu fəxrlə daşıyırıq.