Portfel idarəçiliyi
image

Təcrübəli mütəxəssislərimiz sizin investisiya hədəflərinizi reallaşdırmağa kömək edəcəklər. “Portfel idarəçiliyi” xidməti – maliyyə məqsədlərinizə çatmağın ən etibarlı və peşəkar yoludur! Portfel idarəçiliyi nədir? Zamanınızı bazar hərəkətlərini izləyib analiz etməyə sərf etmək istəmirsinizsə, sizin üçün ən uğurlu həll yolu “Portfel idarəçiliyi” xidmətidir. Xidmətin əsas məqsədi müştəri kapitalının dəyərini qoruyub artırmaqdır. Minimal investisiya məbləği 10 000 AZN və ya 10 000 ABŞ dolları təyin edilib. Portfel idarəçiliyində 3 əsas investor kateqoriyası mövcuddur: “Ehtiyatlı”, “Rasional”, “Maksimalist”. Nəzərinizə çatdırmaq istərdik ki, fiziki şəxslər üçün vəsaitin idarə edilməsi zamanı komissiya haqqı 1%, birjalarda vasitəçilik xidməti üzrə komissiya isə 0% təşkil edir.

Portfel idarəçiliyinin unikal imkanları
icon
Fərdi yanaşma
Hər bir investora ödənişsiz və fərdi məsləhət xidməti təqdim olunur.
icon
Strategiyanın qurulması
Cari qlobal və strateji reallıqlara uyğun şəkildə addımlar atılır.
icon
Şəffaflıq
Müştəri portfelə daxil edilən alətlər barədə məlumatlandırılır və mütəmadi şəkildə ətraflı hesabatlar alır.
AZN valyutalı portfel
14.00 % -dək
USD valyutalı portfel
9.50 % -dək